Bakıda ötüşən avtobus sürətlə dayanacağa çırpıldı: ölən və yaralanan var

Bakıda sərnişin avtobusunun törətdiyi ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Türk.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo New BS” markalı sərnişin avtobusu digər avtobusla ötüşərkən qəza törədib. Belə ki, həmin ərazidəki yürüstü piyada keçidinin yanındakı dayanacağa daha tez çatmaq istəyəna vtobuslar sürəti artırıb və bu zaman Yelmar Atakişiyev avtobusun idaretməsini itirərək gəldiyi sürətlə nəqliyyat vasitəsini dayanacağa çırpıb.

Oradakı şəxslərdən biri  – 61 yaşlı kişi nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.

Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdığını görən həmin şəxs qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb.

Artıq 136 saylı marşrut avtobusunu sürən Yelmar Atakişiyev polis tərəfindən saxlanılıb. O, diər avtobusun onu sıxması nəticəsində qəza törətdiyini deyib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

ƏvvəlkiPrezident Məmmədov və Qurbanova vəzifə verdi: 8 sərəncam
NövbətiABŞ Mətbuatı Rusiyanın dəhşətli silahından yazdı