50-dən artıq sürücü cərimələndi

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti və Xaçmaz Dövlət Yol Polisi bölməsi əməkdaşları tərəfindən Xaçmaz rayonunda reyd keçirilib.

Bu barədə “Report”un Şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional bölməsindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Yollarda sürücülərin, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

Əvvəlki“MƏKTƏBLƏRDƏ PSİXOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ” LAYİHƏSİ
NövbətiTaliban yaraqlıları Əfqanıstanın şimal-qərbində hərbi bazanı ələ keçirib