Əmlak Məsələləri Dövlət Xidmətinə 1 milyona yaxın elektron müraciət daxil olub

Ötən il Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərində 46 dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 1 milyona yaxın elektron müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev deyib.

Onun sözlərinə görə, Xidmət tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. 2022-ci ildə 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətinin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Keçən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 60 hərrac təşkil edilib.

ƏvvəlkiKüləkli hava şəraiti ilə əlaqədar 2 nəfər xəsarət alıb
NövbətiSon sutkada COVID-19 infeksiyasına 37 yoluxma qeydə alınıb