Son sutkada COVID-19 infeksiyasına 37 yoluxma qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 37 yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 922 nəfər müalicə olunaraq sağalıb, 10 min 97 nəfər vəfat edib. Aktiv xəstə sayı 155 nəfərdir. Bu gün koronavirusdan ölüm qeydə alınmayıb.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1380, bu günə qədər isə ümumilikdə 7 milyon 502 min 54 test icra olunub.

ƏvvəlkiƏmlak Məsələləri Dövlət Xidmətinə 1 milyona yaxın elektron müraciət daxil olub
Növbəti“Hatayspor” Türkiyə Superliqasından çəkildiyini açıqlayıb