Zelenski və Tras Ukraynaya hərbi yardımı müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə telefon danışığı zamanı Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

“Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik”, – Zelenski yazıb.

O əlavə edib ki, rəsmi Kiyev Rusiyanın daha da təcrid olunması məsələsində Britaniyaya bel bağlayır.

ƏvvəlkiTelejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb
NövbətiBakıda NATO-nun təlim kursu keçirilir