Zaqatalada itkin düşən yerli turistlər təxliyə olunub

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistəri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

ƏvvəlkiRusiya Konstantinovkanı kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var
NövbətiBaş Prokurorluq: Bəzi sosial media subyektləri barəsində inzibati icraat başlanılıb