Rusiya Konstantinovkanı kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var

Rusiya hərbçiləri Donetsk vilayətində Konstantinovka şəhərini kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

“Konstantinovkanın atəşə tutulması nəticəsində azı 7 mülki şəxs yaralanıb”, – məlumatda deyilir.

Kirilenko qeyd edib ki, yaralananlar arasında 4 uşaq olub, onlardan biri sonradan dünyasını dəyişib.

ƏvvəlkiFHN: “Xətai rayonunda yanğın zamanı neftayırma zavoduna böyük təhlükə yaranıb”
NövbətiZaqatalada itkin düşən yerli turistlər təxliyə olunub