Zərdab sakini 21 gün əvvəl itkin düşüb

Zərdab sakini 21 gün əvvəl itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin dekabr ayının 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar Rayon Polis Şöbəsinə müraciət edərək sonuncunun bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

S.Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in “102” xidmətinə və Ucar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

ƏvvəlkiFutbolda növbəti erməni təxribatı: AFFA UEFA və FİGC-ə müraciət edəcək
NövbətiTürkiyədə tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi qeyd edilib