“YouTube” qısa məzmun paylaşan istifadəçilərə pul qazanmaq imkanı yaradır

Qısa videoların sosial mediada üstünlük təşkil etdiyi bu günlərdə “YouTube” qısa məzmun istehsalçılarına yeni proqram üçün tarix verib.

Trend-in məlumatına görə, “YouTube” yeni proqramla “TikTok”-a keçən məzmun istehsalçılarını saxlamağa və hətta qazanmağa çalışacaq.

“TikTok”-un debütündən bəri qısa videolara çevrilən sosial media, məzmun istehsalı və istehlakı vərdişi ilə birlikdə platformalar arasında yarışı gücləndirdi. Daha çox məzmun və buna görə də daha çox istifadəçi cəlb etmək istəyən platformalar məzmun istehsalçıları üçün davamlı olaraq yeni gəlirli proqramlar təklif edir.

“YouTube” “Shorts” yaradıcılarının qoşula biləcəyi “YouTube Partnyor Proqram”ın fevralın 1-dən etibarən istifadəyə veriləcəyini açıqlayıb.

ƏvvəlkiAzərbaycanda 50 nəfərin siyasi partiya təsis edə bilməsinə dair qanun təsdiqlənib
NövbətiİƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyib