Kanada dövlət qulluqçularının mobil cihazlarında “TikTok”u qadağan edəcək

Təhlükəsizlik səbəbi ilə Kanada hökuməti martın 1-dən dövlət işçilərinə verilən rəsmi mobil cihazlarda Çinin “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edəcək.

Trend-in məlumatına görə, bu barədə “The National Post” qəzeti xəbər verib.

Məlumata əsasən, Kanada bunu fevralın 28-də rəsmən elan edəcək. Qəzet qeyd edib ki, Çin sosial şəbəkəsinin dövlət qulluqçularının rəsmi mobil cihazlarında tətbiqləri silinməlidir.

Kanada hökumətinin kibertəhlükəsizlik üzrə ekspertlərinin fikrincə, “TikTok”un məlumat toplama üsulları istifadəçiləri kiberhücumlara qarşı təhlükə altına sala bilər.

ƏvvəlkiAzərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb, kompensasiya tələb olunur
Növbəti“Qarabağ” – “Neftçi” matçında qalib müəyyənləşməyib