Yeni Zelandiyadakı məscidlərdə atəş açan şəxs terrorizmdə ittiham olunub

Yeni Zelandiya polisi ölkənin iki məscidinə terror hücumları təşkil etməkdə təqsirləndirilən Brenton Tarranta qarşı ittiham irəli sürüb.

Bu barədə Türk.az RİA “Novosti”yə istinadən xəbər verir.

“Təqsirləndirilən şəxsə qarşı qətl törətməklə bağlı 51, adam öldürməyə cəhdlə bağlı 40 ittiham irəli sürülüb. O, eyni zamanda terrorizmlə mübarizə qanununa uyğun ittiham edilir”, – Yeni Zelandiya polis komissarı Mayk Buş bildirib.

Polisdən hadisə ilə bağlı istintaqın davam etdiyi vurğulanıb.

Xatırladaq ki, martın 15-də Kraystçörçdəki məscidlərdə atəş açılması nəticəsində son məlumatlara görə, 50-dən çox adam ölüb, daha 50 nəfər yaralanıb. Yeni Zelandiya Baş naziri Casinda Ardern hadisəni terror aktı adlandırıb. İyirmi səkkiz yaşlı avstraliyalı Brenton Tarrant adam öldürməkdə ittiham olunub və ona qarşı cinayət işi açılıb.

ƏvvəlkiGenişmiqyaslı təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur – VİDEO
NövbətiGürcüstan və ABŞ arasında üçillik hərbi saziş imzalanacaq