Gürcüstan və ABŞ arasında üçillik hərbi saziş imzalanacaq

“Bu ilin payızında Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair üçillik saziş imzalanacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

O deyib ki, çərçivə sazişində prioritet istiqamətlər müəyyən olunacaq və bununla da iki ölkə arasında hərbi əməkdaşlıq daha da güclənəcək: “Bu sənəd Gürcüstana NATO-ya daha da yaxınlaşmağa və əldə olunmuş əməkdaşlığın yüksək səviyyəsi ilə Alyansa üzvlüyə hazır olmağa zəmin yaradacaq”.

ƏvvəlkiYeni Zelandiyadakı məscidlərdə atəş açan şəxs terrorizmdə ittiham olunub
NövbətiPrezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib