Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonunun ərazisində, Kənar dairəvi yolda Tərtər rayon sakini N.Haqverdiyevin idarə etdiyi “Renault” markalı avtomobil və Bakı şəhər sakini Emil Kərimovun idarə etdiyi “Kawasaki” markalı motosiklet toqquşub. Nəticədə E.Kərimov hadisə yerində ölüb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.