Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

1981-ci il təvəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Opel”in sürücüsü, habelə sərnişinlər – Naxçıvan şəhər sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Səyyarə Bayram qızı, 1987-ci il təvəllüdlü Pənahova Aynurə Zöhrab qızı, 2003-cü il təvəllüdlü Şirinova Sama Vüqar qızı xəsarət alıblar.

Qəza zamanı 1985-ci il təvəllüdlü Nəzərov Ramin Yaqub oğlu isə hadisə yerindəcə ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiAktau şəhərində Azərbaycanın turizm imkanları təbliğ edilib
NövbətiMilli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr olunan dinləmə keçiriləcək