Yanvarın 12-də Azərbaycanda COVID-19 əleyhinə 351 doza vaksin vurulub

Yanvarın 12-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 351 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 203, ikinci doza vaksinlərin sayı 30, üç və daha çox doza vaksinlərin sayı 90, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 28-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 936 min 461, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 389, ikinci mərhələ üzrə 4 milyon 876 min 74, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 129, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 869-dur.