Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 80 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 80 yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 528 nəfər müalicə olunaraq sağalıb, 10 min 37 nəfər vəfat edib. Aktiv xəstə sayı 570 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 24, bu günə qədər isə ümumilikdə 7 milyon 451 min 931 test icra olunub.

ƏvvəlkiBayden vəkillərin onun evində yeni məxfi sənədlər tapdığını təsdiqləyib
NövbətiYanvarın 12-də Azərbaycanda COVID-19 əleyhinə 351 doza vaksin vurulub