Xüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 200-ə yaxın yeni dərs portala yerləşdirilib

Şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşahidə olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində müxtəlif fənlərdən 200-ə yaxın yeni dərs portala yerləşdirilib. Demək olar ki, hər gün yeni dərslər portala əlavə edilir. Videodərslər ödənişsizdir. Son 1 ay ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 198 mindən artıq olub.

Müvafiq keçidlərdən istifadə edib Azərbaycan diliingilis diliriyaziyyat fənni üzrə V sinfə, ingilis dilifizikacoğrafiyabiologiyaAzərbaycan tarixiümumi tarixriyaziyyat fənni üzrə VI sinfə,  ingilis dilibiologiyakimyacoğrafiyaümumi tarix üzrə VII sinfə aid materiallar əsasında hazırlanmış “vizaullaşdırılmış dərs”lərə baxa bilərsiniz.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

ƏvvəlkiSon sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1657-yə çatıb
Növbəti“Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçcildliyi üzərində işlər davam edir