Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1657-yə çatıb

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı son 24 saat ərzində 92 nəfər artıb və 1657-yə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 261 nəfər sağalıb, 5 xəstə dünyasını dəyişib.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə karantin rejimi aprelin 20-dən mayın 10-dək uzadılıb.

Xatırladırıq ki, aprelin 1-dən Özbəkistanda karantin rejiminin tətbiqinə başlanılıb.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.

ƏvvəlkiÜST Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirib
NövbətiXüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 200-ə yaxın yeni dərs portala yerləşdirilib