Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulda fotosərgilər təşkil ediləcək

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 24-dən 26-dək İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil ediləcək.

Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycanın İstanbuldakı baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, digər bir sərgi isə Türkiyənin Biruni Universitetində baş tutacaq.

Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş olunacaq.

ƏvvəlkiGəncədə “XII Liderlik məktəbi” layihəsi uğurla davam edir
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub