Gəncədə “XII Liderlik məktəbi” layihəsi uğurla davam edir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Gəncədə  “XII Liderlik məktəbi” layihəsi uğurla həyata keçirilir.

Layihənin “Gənclər siyasəti” mövzusunda təşkil olunan panelində qonağı YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov olub. Fəxri qonaqlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq gənclərin bütün sferalarda təmsilçiliyinin artmasından, həmçinin könüllülük hərəkatının böyük vüsət aldığından danışıblar.

Geniş diskussiya şəraitində keçən paneldə Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov gəncləlrin suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və sair bacarıqların öyrədilməsi, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək liderləri yetişdirməkdir. Tələbələrə layihə çərçivəsində peşəkarlar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük”, “Media” və “Menecment üsulları” mövzularında təlimlər keçirilir. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir” və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edirlər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və sair işlərlə məşğul olacaq, həmçinin hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq.

 

Əvvəlki497 vəzifəli şəxs barəsində istintaq başa çatıb
NövbətiXocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulda fotosərgilər təşkil ediləcək