“Xaş-xaş” adlı əməliyyat-axtarış və profilaktik tədbirlərə başlanılıb

Narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi və yabanı halda yayılmasının qarşısının alınması məqsədilə “Xaş-xaş” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildiriblər.

Məlumatda qeyd edilir ki, hər il olduğu kimi, narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən may ayından başlayaraq faktların aşkarlanıb müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına verilməsi və yabanı halda bitən həmin növ bitkilərin müəyyən olunaraq müvafiq qaydaya əsasən məhv edilməsi məqsədilə “Xaş-xaş 2020” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər noyabradək həyata keçiriləcək.

ƏvvəlkiAtəşkəs rejimi 25 dəfə pozulub
NövbətiYer kürəsinə bənzər yeni planet tapılıb