Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib

Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

ƏvvəlkiBDU-da Xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş elmi seminar keçirilib
NövbətiElnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb