Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində – 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.

Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.

ƏvvəlkiHəkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs olunub
Növbəti34-cü gün: Laçın-Xankəndi yolunda dinc ekoloji aksiya davam edir