Həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs olunub

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı rayon prokurorluğunda davam etdirilir.

Yevlax Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

ƏvvəlkiAzərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub
NövbətiXaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb