Xəzərdə batan şəxsin meyiti tapılıb

Avqustun 23-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 16 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları Şamaxıda dəfn olundu
NövbətiAzərbaycan millisinin daha üç boksçusu finala yüksəlib