Xəzər dənizində zəlzələ olub

Noyabrın 3-də Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Türk.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb. Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

ƏvvəlkiXocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib
NövbətiTəhsil Nazirliyindən özəl məktəblərə xəbərdarlıq: Nazirlər Kabinetinin Qərarına əməl edin!