Xəzər dənizində zəlzələ baş verib

Dekabrın 17-də Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:03:39-da qeydə alınıb.

Ocağı 44 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın yaşayış ərazilərdə 3 bala qədər hiss olunub.

ƏvvəlkiAvropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə təxirə salmadan baxmalıdır
NövbətiMikroavtobus “Opel”lə toqquşdu, ölən var