Mikroavtobus “Opel”lə toqquşdu, ölən var

Salyanda ölümlə nəticələnən qəza baş verib.

Dekabrın 15-də saat 22 radələrində Salyan rayonunun Xıdırlı kəndi ərazisində Yalçın Rəhimov idarə etdiyi “Hyundai H-1” markalı mikroavtobusu qarşıda gedən Masallı rayon sakini Ürkin Hidayətovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Nəticədə Y.Rəhimov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ƏvvəlkiXəzər dənizində zəlzələ baş verib
NövbətiAzərbaycan iqtisadiyyatı 1% böyüyüb