Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub

Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.

Qeyd edək ki, finalda uduzan Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) isə gümüş medalla kifayətləniblər.

ƏvvəlkiAlmaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır
Növbətiİranda zavodda partlayış olub, ölən və yaralananlar var