İranda zavodda partlayış olub, ölən və yaralananlar var

İranın şimal-şərqindəki Sərəxs şəhərində neft emalı zavodunda (NEZ) baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Xorasan Rəzəvi vilayətinin Sərəxs şəhərində “Şahid Haşeminejad” neft emalı zavodunun təmir sexində qaz sızması partlayışa səbəb olub, nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda deyilir.

ƏvvəlkiXədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub
NövbətiPrezident Şavkat Mirziyoyev açıq şəkildə bildirdi ki, Özbəkistan Qarabağı suveren Azərbaycanın ayrılmaz hissəsi hesab edir