Vladimir Putin Tver vilayətində təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Tver vilayətində qəzaya uğramış təyyarədə həlak olanların ailələrinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, V.Putin “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə 1990-cı illərdən tanış olduğunu xatırladıb. “Yevgeni Priqojin mürəkkəb taleli insan idi, həyatda ciddi səhvləri var idi. Həm özü üçün, həm də mən ondan ümumi iş naminə, son aylarda olduğu kimi, xahiş edəndə lazımi nəticələrə nail olurdu. O, istedadlı adam, istedadlı biznesmen idi”, – deyə Putin bildirib.

Xatırladaq ki, “Vaqner” qruplaşmasının rəhbəri Y.Priqojinin də olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

ƏvvəlkiÜç rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
NövbətiABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib