Üç rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Ağdam 4 yol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” QPS-lərin girişində 200 mm-lik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi bildirib.

Qeyd olunub ki, təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ƏvvəlkiPrezident Şavkat Mirziyoyev açıq şəkildə bildirdi ki, Özbəkistan Qarabağı suveren Azərbaycanın ayrılmaz hissəsi hesab edir
NövbətiVladimir Putin Tver vilayətində təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib