“Virtual məktəb”də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik

“Virtual məktəb”ə yeni “Birgəlik rejimi” əlavə olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır.