Vilayət Eyvazov polkovnik-leytenantı Alay komandiri təyin edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidmətinin (YPX) Alay komandiri, polis polkovniki Rəşadət Babayev işdən çıxarılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Babayev vəzifədən azad edilib.

V.Eyvazovun digər əmri ilə YPX-nin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

ƏvvəlkiMilli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb
NövbətiNərminin qatili tapıldı – İDDİA