Nərminin qatili tapıldı – İDDİA

“Qatil 36 yaşlı İlkin adlı şəxsdir”

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Türk.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Həmçinin oxu: Sabiq polis rəisi Nərminin qətlindən danışdı: “Caninin məqsədi iz itirmək olmayıb”

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

News24.az isə yazır ki, qatil 36 yaşlı İlkin adlı şəxsdir. O, Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.

Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Həmçinin qeyd olunur ki, Nərmin Quliyevanı öldürən şəxs polisə ilk məlumat verən qonşusu İlkin Süleymanovdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında isə bildirib ki, 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

ƏvvəlkiVilayət Eyvazov polkovnik-leytenantı Alay komandiri təyin edib
Növbətiİran Ukrayna təyyarəsinin raketlə vurulması versiyasını qəbul etməyib