Vətəndaş iştirakçılığı hakimiyyət orqanlarının daha yaxşı işləməsini, təmin edir – Neftçalada təbbir keçirildi

dəstəyi ilə həyata keçirilib.

Tədbiri açan  layihə rəhbəri Rüfət Şıxıyev Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü barədə iştirakçılara məlumat verərərk, bildirib ki,  Azərbaycan 2011-ci ildə bu beynəlxalq təşəbbüsünə qoşulub. Bu təşəbbüsə qoşulmaqda məqsəd “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi, praktikanın formalaşması və şəffaflığın artırılmasıdır:       “Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaf”Demokratik İnkişafın Təşviqi ” İctimai Birliyi Neftçala rayonunda “Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsnün regionlarda  sahibkarlar  arasında təbliğ  və təşviqi” adlı layihə keçirib.

Layihə Azərbaycan Pespublikası Prezidenti Yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının lığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır”.

Daha sonra tədbirə qatılan ekspert Şaban Nəsirov bildirib ki, Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulduqdan sonra Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi olduğu bəyan edilib.

Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən ibarət idi: “Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən aparılan 2012-2013-cü illәr üzrə aparılan qiymətləndirməyə əsasən dövlət orqanları tərәfindən Fәaliyyət Planında nәzərdə tutulan fəaliyyətlərin 64%-i icra edilib. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir”.

Tədbirdə çıxış edən yerli sahibkarları və icra hakimiyyətinin nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüb, rastlaşdıqları problemlərindən danışıblar.

ƏvvəlkiBu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.
NövbətiQəbələdə iki kəndlə əlaqə kəsildi – Video