Qəbələdə iki kəndlə əlaqə kəsildi – Video

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.

Report-un Şirvan bürosunun məlumatına görə, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.

Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri ilə keçərək hərəkət etmək məcburiyyətindədirlər.

ƏvvəlkiVətəndaş iştirakçılığı hakimiyyət orqanlarının daha yaxşı işləməsini, təmin edir – Neftçalada təbbir keçirildi
NövbətiAktauda Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb