ÜST: Ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəli ÜST-nin Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı bu gün keçirilən 15-ci iclası barədə məlumat yayıb.

AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, iclasda pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib.

“İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

Qebreyesus, eyni zamanda, bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmaqda davam edir”.

ƏvvəlkiFüzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
NövbətiPrezident İlham Əliyev Aleksandar Vuçiçə başsağlığı verib