Prezident İlham Əliyev Aleksandar Vuçiçə başsağlığı verib

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə başsağlığı verib.

Trend-in xəbərinə görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

ƏvvəlkiÜST: Ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər
NövbətiBöyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək