“Unutmadiq” adlı tədbir təşkil olunub

Bu gün 29 fevral 2024-cü il tarixində Bakı şəhəri, Qarabağ rayonu, şəhid Elxan İsmayilov adına 253 nömrəli məktəbin 8c sinif şagirdləri, sinifin rəhbəri Sevinc Əliyevanın zəhməti və Əsmər İsmayılovanın təşkilatçılığı ilə MəzarSız Yeddi Şəhid Polisimizin, İsmayıl Barat oğlu İsmayılovun, Elşad Əvəz oğlu Nərimanovun, Möhlət Bəhmən oğlu İsmayılovun, İlham İmamqulu oğlu Quliyevin, Aqil Mehralı oğlu Quliyevin, Sabir Əziz oğlu Paşayevin, Fazil Arif oğlu Bəşirovun xatirəsinə “Unutmadiq” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə şagirdlərin ifasında şeirlər söyləndi, mahnılar səsləndi, səhnəciklər göstərildi.

Şagirdlərimiz Abdullazadə Bahar , Ağayev Rafiq , Cəfərova Zümrüd , Əkbərli Xədicə, Əsgərova Banu , Əsgəri Saleh , Fəzliyeva Nuray , Gülverdiyeva Zəhra, Heydərova Ayşə, Hümbətzadə Zərifə, Hümmətova Ülkər , Hüseynli Aydan, İsgəndərli Ömər , Quliyev Ömər, Məmmədzadə Məhəmməd, Nəbili Xəzər , Nəbizadə Banu, Seyidova Ayan, Sultanlı Ayan , Süleymanov Məhəmməd, Tağıyeva Xədicə, Tarverdili Emil, Verdiyev Hüseyn, Vəliyeva Sədaqət səhnədə tam qüsursuz çıxışları ilə qonaqlarımızı heyrətləndirərək, onlara duyğulu anılar yaşatdılar.

Tədbirdə Türkiyəli şair polis Cahit Günayın yeddi şəhid polislərimizin adına yazdığı “Bayraq Oldu” , “MəzarSızlar” adlı şeirləri səsləndi, İbrahim Cankardeşlerin ifasında Lalə İsmayılın sözlərinə “Durnalar” adlı türkü dinləndi, Zəminə Cavadlı’nın şeiri oxundu. Şəhidlərimiz haqqında qısa şəkildə də olsa məlumat verildi, onların son döyüş kadrları izləndi. Tədbirin ən kiçik iştirakçısı, məktəbin birinci sinif şagirdi Mehrac Dünyamalıyev Rafayıl Baratoğlunun “Dəlinə Qurban Vətən ” adlı şeirini söylədi.

Tədbirdə şəhidlərimizin ailə üzvlərindən Gülüzə İbadova, Bikəxanım Quliyeva, Gülnarə Quliyeva, Rafayıl İsmayılov, Mürvət Qocayev, Tamaşa Quliyeva, məktəbin adını daşıyan şəhid Elxan İsmayilovun bacısı Nailə İsmayılova iştirak etdilər. Və yüksək səviyyədə təşkil olunmuş tədbirdən məmnun olduqlarını bildirdilər.

Şəhid Polislərimizin məslək və döyüş yoldaşı Süleyman Rəhimov silahdaşları haqqında ürək sözlərini məktəblilərimizlə paylaşaraq, Vətən uğruna can fəda etmiş qəhrəman polislərimizin bir rayonun əhalisinin sağ qalma səbəbi olduğunu vurğuladı.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlının alovlu çıxışı hər kəsin ürəyincə oldu.

Tədbirin sonunda məktəbin direktoru Aruz müəllim öz çıxışında, biz ömrümüzü şəhidlərimizə borcluyuq deyərək, bu məsuliyyətli və layiqincə yerinə yetirilmiş tədbirin təşkilatçılarına, Sevinc Əliyeva, Əsmər İsmayılova və səhnəni ələ alıb, tamaşaçıların ürəklərini fəth edən balalara təşəkkürünü bildirdi.

Mən də Lalə İsmayıl olaraq, yeddi şəhid polisimizin bacısı kimi, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ayşət xanıma öz minnətdarlığımı bildirirəm, maraqlı, nöqsansız, gərəkli görüşü təşkil edənlərə, bu görüşə zaman ayırıb iştirak edən hər kəsə təşəkkür edirəm, vətənə, millətə, dövlətə sevgi ailələrdən başlayıb, məktəblərdə böyüyür deyirəm..

Lalə İsmayıl, Mirvarid Dilbazi Poeziya
Məclisinin idarə heyətinin üzvü

ƏvvəlkiAnkarada “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub
NövbətiAlbaniyanın Baş naziri Edi Rama Azərbaycana işgüzar səfərə gəlib