Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı festivalı” keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Xətai rayonunda Heydər Əliyev parkında təşkil olunub.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar.

Bədii hissə ilə davam edən festivalda rəsm əsərləri, əl işləri və kəlağayılar sərgilənib.

Qeyd edək ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.

ƏvvəlkiQayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub
NövbətiMuxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir