Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız Hindistan yığması ilə heç-heçə ediblər

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə qarşılaşması (2:2) heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bundan əvvəl qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan komandasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

ƏvvəlkiİƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
NövbətiSumqayıtda şəhid Kərəm Zeynalovun xatirəsi anılıb