Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş su polosu üzrə turnir keçirildi

Bakıda su polosu üzrə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında Bakı birinciliyi keçirilib.

Trend-in Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına görə, turnirdə 6 komanda mübarizə aparıb.

Bakı Oxford Schooll məktəbində təşkil olunan yarışda Respublika yüksək idman ustalığı məktəbi, Partner water polo, Qarabağ WP, SKA water polo, Grow group və Bakı Oxford Schooll komandaları iştirak edirdi. Azərbaycan Üzgüşülük Federasiyasının və “Qarabağ” Water Polo klubun təşkilatçılığı ilə keçirilən yarışda Partner water polo klubu bütün rəqiblərə qalib gələrək turnirin qalibi oldu. Bakı Oxford Schooll 2-ci və SKA WP komandası isə 3-cü yerlərə sahib olublar. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında Bakı birinciliyinin qalibləri medallarla və bütün turnir iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.

ƏvvəlkiPrezident İlham Əliyev “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirak edib
NövbətiAzərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək