Ukraynanın keçmiş prezidentinin vəziyyəti ağırlaşıb

Xəbər verdiyimiz kimi, Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko koronavirusa yoluxub.

Musavat.com Ukrayna mediasına istinadən bildirir ki, artıq keçmiş dövlət başçısının vəziyyəti ağırlaşıb, buna görə də onun evdə deyil, xəstəxanada müalicə olunmaq zərurəti yaranıb.

Belə ki, ukraynalı həkimlər Pyotr Poroşenkonun ciyərlərinin ikiqat sətəlcəmə tutulduğunu müəyyən ediblər.

Bunu keçmiş prezidentin xanımı Marina Poroşenko da “Facebook” səhifəsində təsdiqləyib.

Qeyd edək ki, P.Poroşenko ilə bərabər onun qızı da COVID-19-a yoluxub.
“Bu gün mənim ərim və qızım Kiyev xəstəxanalarından birində COVID-lə mübarizə aparacaqlar. Həyat yoldaşımda ikiqat sətəlcəm olmasına rəğmən o, güclü iradəyə malikdir və bunu xəstəliklə savaşında nümayiş etdirir. Pyotr Poroşenko müalicə protokolunu bütün göstərişlərinə dəqiq əməl edir”,-deyə xanım Marina Poroşenko yazıb.

ƏvvəlkiAli Baş Komandanın qələbə xəbərləri Bakıda belə qeyd edilir
NövbətiMüdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq etdi