Ali Baş Komandanın qələbə xəbərləri Bakıda belə qeyd edilir

Bu gün axşam saatlarında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz “Twitter” hesabında Ağdərəyə yaxın Madagiz (Suqovuşan) ərazisinin düşməndən azad edildiyi, Azərbaycan bayrağının Madagizə sancıldığı haqda paylaşım etdi.

Musavat.com xəbər verir ki, Ali Baş Komandanın bu paylaşımından dəqiqələr sonra Bakıda böyük coşğu yaşanır.

Paytaxt sakinləri balkonlardan “Qarabağ Azərbaycandır” şüarı səsləndirir, fişəng atır, əl çalır. Həmçinin mənzillərin işıqlarını yandırıb-söndürür, mobil telefonların fənərini yandırıb, havada yellədərək bir-birinə dəstək olur.

Bu aksiya Bakının, demək olar, hər məhəlləsində, hər yaşayış massivində qeyd edilir.

 

 

Əvvəlkiİşğaldan azad edilmiş ərazilərimizdən videogörüntülər
NövbətiUkraynanın keçmiş prezidentinin vəziyyəti ağırlaşıb