Ukraynalı deputat Viktor Medvedçuk saxlanılıb

Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar sonra”, – Prezident instaqram hesabında yazıb.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.

ƏvvəlkiToivo Klaarın Hikmət Hacıyev və Armen Qriqoryanla telefon danışığı olub
NövbətiBərdədə külək 3 nəfərin xəsarət almasına səbəb olub