Bərdədə külək 3 nəfərin xəsarət almasına səbəb olub

Bərdə şəhərinin mərkəzində və rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ziyan dəyib.

APA-nın xəbərinə görə, güclü külək elektrik dirəklərini aşırıb, naqilləri qırıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.

Külək 3 nəfərin xəsarət almasına da səbəb olub.

ƏvvəlkiUkraynalı deputat Viktor Medvedçuk saxlanılıb
NövbətiUmayra Tağıyeva: “Sabah gün ərzində küləyin sürəti bir qədər azalacaq”