UEFA futbol üzrə dünya çempionatını boykot edə bilər

UEFA dünya çempionatının hər iki ildən bir keçiriləcəyi təqdirdə bu turniri boykot edə bilər.

Trend-in “ESPN”yə istinadən verdiyi məlumata görə, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

A.Çeferin bildirib: “Belə dünya çempionatı ilə uğurlar. Düşünürəm ki, bu heç vaxt olmayacaq, çünki bu, futbolun əsas prinsiplərinə ziddir. Aylıq turnir oyunçuların “qatili” olacaq”.

UEFA-nın rəhbəri əlavə edib ki, dünya çempionatının dəyəri azarkeşlərin onu nadir bir turnir kimi gözləmələrindən irəli gəlir.

ƏvvəlkiTürkiyədə son sutkada koronavirusdan 31 322 nəfər sağalıb
NövbətiBayden 11 sentyabr teraktlarından sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzadıb