UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb

Avqustun 30-da Monakoda futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 48 klub hər birində dörd komanda olmaqla 12 qrupa bölünüb.

Püşkatma belə nəticələnib:

A qrupu:

“Sevilya” (İspaniya), APOEL (Kipr), “QARABAĞ” (Azərbaycan), “Düdelandj” (Lüksemburq).

B qrupu:

“Dinamo” (Kiyev, Ukrayna), “Kopenhagen” (Danimarka), Malmö (İsveç), “Luqano” (İsveçrə).

C qrupu:

“Bazel” (İsveçrə), “Krasnodar” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Xetafe” (İspaniya).

D qrupu:

“Sportinq” (Portuqaliya), PSV (Hollandiya), “Rosenborq” (Norveç), LASK (Avstriya).

E qrupu:

“Latsio” (İtaliya), “Seltik” (Şotlandiya), “Renn” (Fransa), “CFR Cluj” (Rumıniya).

F qrupu:

“Arsenal” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Standard” (Belçika), “Vitoria” (Portuqaliya).

G qrupu:

“Porto” (Portuqaliya), “Yanq Boyz” (İsveçrə), “Feyenord” (Hollandiya), “Qlazqo Rencers” (Şotlandiya).

H qrupu:

MOİK (Moskva, Rusiya), “Ludogorets”(Bolqarıstan), “Espanyol” (İspaniya), “Ferencvaroş” (Macarıstan).

İ qrupu:

“Volsburq” (Almaniya), “Gent” (Belçika), “Sent-Etyen” (Fransa), “Aleksandriya” (Ukrayna).

J qrupu:

“Roma” (İtaliya), “Borussiya M” (Almaniya), “İstanbul Başakşehir” (Türkiyə), “Volfsberger” (Avstriya).

K qrupu:

“Beşiktaş” (Türkiyə), “Braqa” (Portuqaliya), “Volverhemton” (İngiltərə), “Slovan” (Slovakiya).

L qrupu:

“Mançester Yunayted” (İngiltərə), “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), “AZ Alkmar” (Hollandiya).

Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 19-da, oktyabrın 3-də, 24-də, noyabrın 7-də, 28-də və dekabrın 12-də keçiriləcək.

Turnirin həlledici görüşü Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.

ƏvvəlkiDİN rəhbərliyi sürücü ilə kobud davranan polislə bağlı qərar verdi
NövbətiAzərbaycanın bank sektoru xalis mənfəətini 13 dəfə artırıb