DİN rəhbərliyi sürücü ilə kobud davranan polislə bağlı qərar verdi

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Əvvəlki“Azərkosmos” iyulda 7 milyon dollarlıq xidmət ixrac edib
NövbətiUEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb